Hollandiya Srebrenitsa qurbanlarının ailələrindən soyqırıma görə üzr istəyib

Hollandiya Srebrenitsa qurbanlarının ailələrindən soyqırıma görə üzr istəyib
12 İyul 2022
Mətni dəyiş

Hollandiya 27 ildən sonra Srebrenitsa qurbanlarının ailələrindən üzr istəyib.

Müvafiq bəyanatla Bosniya və Herseqovinadakı faciənin ildönümündə Potoçari Memorial Qəbiristanlığındakı mərasimə qatılan Niderlandın müdafiə naziri Kaysa Ollonqren çıxış edib.

O, baş verənlərin günahkarının Bosniya serbləri olduğunu bildirib.

Nazir həmçinin niderlandlı hərbçilərin vəzifələrini yerinə yetirmək və müdafiəsiz insanlara kömək etmək üçün əllərindən gələni etdiklərini deyib.

Bosniya və Herseqovinanın şərqində yerləşən Srebrenitsada 11 iyul 1995-ci ildə minlərlə insan qətlə yetirilib. Müharibədən sonra kütləvi məzarlıqlarda tapılan qurbanlar şəxsiyyəti müəyyən edildikdən sonra hər il iyulun 11-də Potoçari Memorial Qəbiristanlığında xüsusi mərasimlə dəfn edilir. Builki mərasimdə şəxsiyyətləri müəyyən edilən daha 50 soyqırım qurbanı dəfn olunub. Bununla da Srebrenitsa qurbanlarının sayı 6 721-ə çatıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun