Finlandiya və İsveçin XİN başçıları NATO-ya daxil olmaq haqqında protokollar imzalayıblar

Finlandiya və İsveçin XİN başçıları NATO-ya daxil olmaq haqqında protokollar imzalayıblar
5 İyul 2022
Mətni dəyiş

Finlandiya və İsveçin xarici işlər nazirləri NATO-nun mənzil-qərargahında Alyansa qoşulmaq haqqında protokollar imzalayıblar, BBC yazır.

Bu sənədlər Alyansın bütün 30 üzvü tərəfindən ratifikasiya edildikdən sonra ölkələr NATO-ya daxil olacaqlar.

İyunun 29-da NATO ölkələri Rusiyanın Ukraynaya hücumundan sonra əvvəl neytrallıqdan imtina edən və təhlükəsizlik məqsədilə NATO-ya üzv olmaq qərarına gələn Finlandiya və İsveçi Alyansa üzv olmağa rəsmən dəvət etmək qərarına gəliblər.

Əvvəlcə Türkiyə bu ölkələrin Alyansa daxil olması ilə bağlı danışıqlara mane olub. Lakin sonradan Türkiyə, İsveç və Finlandiya təşkilata qoşulma prosesini açan təhlükəsizlik sazişi bağlayıblar.

Ankaranın Alyansdakı potensial tərəfdaşlarına verdiyi suallar arasında onların Türkiyədə terror qruplaşması hesab edilən Kürdüstan Fəhlə Partiyasına dəstəyi də olub. NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, razılaşmanın bir hissəsi olaraq Ankara terrorizmdə ittiham olunan miqrantların Türkiyəyə təhvil verilməsi üçün İsveç və Finlandiyadan söz alıb.

“Ekstradisiya NATO müttəfiqlərinin terror fəaliyyətinə görə məhkum olunmuş insanlarla etdikləri nəcib işdir”, - Stoltenberq bildirib. O, açıqlamasında PKK-nı terror təşkilatı adlandırıb. Türkiyədən başqa, PKK ABŞ, Aİ dövlətləri və bəzi digər ölkələrdə terror təşkilatı kimi tanınır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun