Ukraynadakı Azərbaycan səfirliyinin yaxınlığı raketlə vurulub, Rəsmi Bakı susur

Ukraynadakı Azərbaycan səfirliyinin yaxınlığı raketlə vurulub, Rəsmi Bakı susur
28 İyun 2022
Mətni dəyiş
Ötən bazar günü Kiyevə endirilən raket zərbələrindən biri nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin binasına ciddi ziyan dəyib. Raket yaxınlıqdakı yaşayış binasına düşüb, zərbə dalğası isə binanın pəncərələrini qırıb və divarlarına zərər verib. Orada yerləşən böyük yaşayış kompleksinin raket atəşinə məruz qalması nəticəsində bir nəfər həlak olub, altı nəfər yaralanıb. Yaralılardan biri altı yaşlı qızdır. Vəfat edən şəxsin yaralanan azyaşlının atası olduğunu vurğulanıb. Bu, ikinci belə hadisədir. İki ay əvvəl də raket zərbəsi səfirliyin Ukrayna paytaxtının Qliboçitskaya küçəsində yerləşən binasına buna bənzər şəkildə zərər vermişdi. Azərbaycan vətəndaşlarının, diplomatlarının həyatı üçün real təhlükə olmasına baxmayaraq, rəsmi Bakı baş verənlərə heç bir münasibət bildirməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun