Ukraynada “derusifikasiya, dekommunizasiya və müstəmləkəsizləşdirmə” şurası fəaliyyətə başlayacaq

Ukraynada “derusifikasiya, dekommunizasiya və müstəmləkəsizləşdirmə” şurası fəaliyyətə başlayacaq
8 İyun 2022
Mətni dəyiş
Ukraynanın Mədəniyyət və Xarici Siyasət Nazirliyi “derusifikasiya, dekommunizasiya və müstəmləkəsizləşdirmə məsələləri ilə məşğul olacaq” birgə şuranın yaradılması təşəbbüsü ilə çıxış edib. Bu barədə nazirliyin “Facebook” səhifəsində bildirilir. Qurumun saytında qeyd edilir ki, şuranın səlahiyyəti “sovet və ya rus komponentini” təmsil edən heykəlləri və abidələri sökməkdir. Şura müxtəlif orqanlarla birgə işləyəcək. "Rusiyanın tammiqyaslı işğalı ilə əlaqədar ölkəmizdə sovet və Ukrayna irsinin dəyişdirilməsi tələbi xeyli gücləndi. Bu baxımdan ən mübahisəli mövzu monumental sənətdir. Axı bəzi abidələr və heykəllər sovet və ya rus komponentinə malikdir və eyni zamanda sənət əsərləridir. Qanunvericiliyə görə, müxtəlif sökülmə və emal prosedurları tətbiq olunur. Bu cür məsələlər coğrafi sərhədlərə və cəmiyyətə uyğunlaşdırılmalıdır". Müharibə başlayandan sonra Kiyevdə SSRİ və Rusiya ilə bağlı abidələr və digər heykəllər sökülməyə başlayıb. Xüsusilə, Kiyevdə Xalqlar Dostluğu Tağının adı dəyişdirilərək Ukrayna Xalqının Azadlıq Tağı adlandırılıb və sovet heykəllərinin düz yanında dayanan iki işçi abidəsi sökülüb. Xarkovda Aleksandr Nevskinin, Nikolayevdə isə Aleksandr Puşkinin abidəsi demontaj edilib

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun