Ukrayna Ali Radası İstanbul Konvensiyasının ratifikasiyasına səs verib

Ukrayna Ali Radası İstanbul Konvensiyasının ratifikasiyasına səs verib
20 İyun 2022
Mətni dəyiş
Ukrayna Ali Radası 259 deputat 8 nəfərə qarşı olmaqla İstanbul Konvensiyasının lehinə səs verib. Məişət zorakılığı, qadına qarşı zorakılıqla mübarizəyə yönələn konvensiya Ukrayna tərəfindən 2011-ci ildə imzalanıb. Bundan əvvəl Ukraynadakı mühafizəkar və dindar qruplar sənəddə istifadə edilən “gender” sözünə görə, onun ratifikasiyasına qarşı çıxırdılar. Konvensiyanın ratifikasiyasını bəzi üzv dövlətlər Ukraynanın Aİ-yə namizəd üzv statusu alması üçün zəruri şərt kimi qiymətləndirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun