Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv qəbul edilməsinə razılıq verib

Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv qəbul edilməsinə razılıq verib
29 İyun 2022
Mətni dəyiş

Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv qəbul edilməsinə razılıq verib.

Bu barədə Türkiyə Prezident administrasiyası məlumat yayıb.

Məlumata görə, sözügedən razılıq Türkiyənin tələblərinin qəbul edilməsi fonunda əldə edilib. Belə ki, hər iki ölkə PKK və onun qollarına qarşı mübarizədə Türkiyə ilə tam əməkdaşlıq etmək barədə razılığa gəliblər. Bu istiqamətdə Terrorizmlə mübarizədə kəşfiyyat məlumatlarının mübadiləsi üçün strukturlaşdırılmış əməkdaşlıq mexanizmi yaradılacaq.

Həmçinin müdafiə sənayesi məhsullarının tədarükünə qoyulan embarqo aradan qaldırılacaq, bu istiqamətdə əməkdaşlıq genişləndiriləcək.

Madriddə keçirilən danışıqlardan sonra Türkiyə, İsveç və Finlandiya müxtəlif sahələr istiqamətində üçtərəfli birgə memorandum imzalayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun