Tiflis merinin müavini evində ölü tapılıb

Tiflis merinin müavini evində ölü tapılıb
1 İyun 2022
Mətni dəyiş
Gürcüstan paytaxtı Tiflis merinin müavini İlya Eloşvili evində ölü tapılıb. Daxili İşlər Nazirliyi iyunun 1-də ölüm hadisəsi üzrə təhqiqata başladığını bildirib. Əlavə detal açıqlanmayıb. 47 yaşlı Eloşvili Tbilisinin meri, keçmiş enerji naziri Kaxa Kaladzenın müttəfiqi idi. Eloşvili enerji nazirinin müavini postunda çalışıb, 2012-2017-ci illərdə enerji naziri, daha sonra Tbilisi merinin müavini olub. Mərhum evli idi, iki övladı qalıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun