Təbriz və Ərdəbildə siyasi məhbuslara azadlıq tələb edilib

Təbriz və Ərdəbildə siyasi məhbuslara azadlıq tələb edilib
22 İyun 2022
Mətni dəyiş

Milli fəallar İran Azərbaycanının Təbriz və Ərdəbil şəhərlərində broşura və pankartlar yayaraq, azərbaycanlı siyasi məhbusların azad edilməsini tələb edib. İnsan hüquqları müdafiəçilərinin sosial mediada yaydıqları xəbərə görə, milli fəalar Ərdəbil şəhərində türk siyasi məhbusların fotoşəkilləri və adları olan plakatlar asıblar. Ərdəbil şəhərinin bir istiqamətində yerləşdirilən plakatın üzərində tanınmış siyasi məhbus Abbas Lisaninin sözləri yazılıb. “Hər bir azərbaycanlı bütün hücrələri ilə iqtisadi zülmü dərk etdiyi halda, Azərbaycan milləti necə susa bilər?" Abbas Lisanin bu sözləri ölkədə və xüsusilə İran Azərbaycanında insanların iqtisadi ədalətsizliklərə etirazı haqda ifadə edib. Təbrizdə şəhərin müxtəlif istiqamətlərində divarlara üzərində “azadlıq, ədalət, milli hökumət” şüarları yazılan plakatlar yapışdırılaraq, siyasi məhbusların qeydsiz-şərtsiz azad edilməsi tələb edilib. Türk siyasi məhbuslar o cümlədən, Abbas Lisani, Əkbər Azad, Əlirza Fərşi, Abbas Nikrəvan, Əkbər Nəimi, Tovhid Əmir Əmini, Ruzbeh Piri, Rza və Əli Vasiqi, Əkbər Cahani, Davud və Əyyub Şiri və Məhəmməd Eyninin fotoşəkilləri ilə birgə “Güney Azərbaycan siyasi məhbusları azad olsun” şüarı qeyd edilib.

Adı keçən azərbaycanlı siyasi məhbuslara son zamanlarda İsmail Cəfərzadə və Əkbər Əbulzadə də əlavə edilib.

Keçən il iyun ayının 24-də İranda ərəb icmasının su ehtiyatlarının düzgün idarə edilməməsinə etiraz aksiyalarına Təbrizdə dəstək mitinqi zamanı səsləndirilən bu şüar İran Azərbaycanında milli fəalların diqqət mərkəzində qalır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun