Rusiya Beynəlxalq Kinoteatrlar Assosiasiyasından çıxıb

Rusiya Beynəlxalq Kinoteatrlar Assosiasiyasından çıxıb
9 İyun 2022
Mətni dəyiş
Rusiya Beynəlxalq Kino Assosiasiyasının üzvlüyündən çıxıb. Rusiya Kino Sahibləri Assosiasiyasının üzvü Roman İsayev deyib ki, bu addım Ukraynadakı müharibə ilə əlaqədar tətbiq edilən sanksiyalar fonunda verilmiş diplomatik qərar kimi dəyərləndirilməlidir. Onun sözlərinə görə, beynəlxalq qurum tərəfindən Rusiyanı uzaqlaşdırmaq variantı nəzərdən keçirilirmiş. Bu səbəbdən də Rusiya Kino Sahibləri Assosiasiyası beynəlxalq birlikdən öz müraciəti əsasında çıxıb. Fevralın 24-də Rusiya Ukraynada hərbi əməliyyatlara başlayandan sonra ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlər Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Ukrayna Kino Akademiyası hərbi əməliyyat başlayandan sonra Rusiya kinosunu və kino sənayesini beynəlxalq boykota çağırıb. Hollivud kino studiyaları Rusiya prokatında filmlərin nümayişini dayandırıb. Nəticədə ölkə kinoteatrlarında tamaşaçıların sayı 52 faiz azalıb. 2022-ci ilin martında Rusiya Kino Sahibləri Assosiasiyasının yaydığı bəyanatda bildirilib ki, sanksiyalara görə ölkə kinoteatrları gəlirlərinin 80 fazini itirə bilər. 2022-ci il iyunun əvvəlində Rusiya Prezidentinin mədəniyyət məsələləri üzrə müşaviri Vladimir Tolstoy deyib ki, Mədəniyyət Nazirliyi ilə Kino Fondu kinoteatrlarını böhrandan çıxarmaq istiqamətində işlər görür. Müşavir qeyd edib ki, kinoteatrlara dəstək maddi baxımdan yox, irəli sürülən təklif və ideyalar şəklində olacaq. “Biz çıxış yolları ilə bağlı təkliflərimizi vermişik. Dəstək yolları mütləq tapılacaq”, – Tolstoy bildirib. Rusiyada kinoteatrlar fərdi şəxslərə, bir çox media və reklam platformaları dövlətə məxsusdur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun