Qazaxıstanla Rusiya arasında gərginlik, Rusiya kömürünün tranziti dayandırılıb

Qazaxıstanla Rusiya arasında gərginlik, Rusiya kömürünün tranziti dayandırılıb
20 İyun 2022
Mətni dəyiş

Qazaxıstan prezidenti Kasım Jomart-Tokayev Sankt-Peterburqa səfəri zamanı gözlənilməz bəyanatlar verib. 

O, Putinlə görüşdə Qazaxıstanın qondarma DXR və LXR-i tanımadığını, onları kvazidövlət qurumları hesab etdiyini bildirib. “Bir millətin öz müqəddəratını təyin etmək hüququ bütün dünyada reallaşsa, onda Yer kürəsində 193 dövlət əvəzinə 500-600-dən çox dövlət yaranacaq. Bu, xaos olacaq”, - Tokayev vurğulayıb. Tokayev həmçinin Prezident Vladimir Putinin yanında Dövlət Dumasının deputatlarına və Rusiya təbliğatçılarına da şikayət edərək, onları ölkələr arasında nifaq salmaqda ittiham edib. Tokayev birmənalı şəkildə “Russia Today”in rəhbəri Marqarita Simonyanın əri Tiqran Keosayana işarə edib. Bundan sonra, Rusiya siyasətçiləri tərəfindən Tokayevə sərt tənqid və təhdidlər səsləndirilib. Tokayevin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda bir sıra bəyanatlar səsləndirməsindən sonra Rusiya Qazaxıstan neftinin ixrac üçün daşınmasına məhdudiyyətlər qoyur.  Qazaxıstanın Qərb alıcılarının onu sanksiyaya məruz qoyan Rusiya markalı “Urals” ilə qarışdırmamaq üçün adını dəyişməyi qərara aldığı neftin ixracı Novorossiysk limanında dayandırılıb. Bununla bərabər, Qazaxıstan Moskvaya cavab olaraq Rusiya kömürünün tranzitini dayandırıb. Məlumata görə, Qazaxıstan hakimiyyəti öz ərazisində kömür daşıyan 1 700 vaqonun qarşısını kəsib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun