Polşa Apellyasiya Məhkəməsi dörd şəhərdə LGBTQI+ qadağasının ləğvi barədə qərar verib

Polşa Apellyasiya Məhkəməsi dörd şəhərdə LGBTQI+ qadağasının ləğvi barədə qərar verib
29 İyun 2022
Mətni dəyiş
Polşada LGBTQI+ hüquqları müdafiəçiləri məhkəmənin dörd şəhərin "LGBT-dən azad zona" statusundan imtina etməsinə dair qərarını qeyd edirlər. Polşanın Ali Apellyasiya Məhkəməsi dörd bələdiyyənin mübahisəli qərarlarla bağlı şikayətini rədd edib. İstebna, Klvov, Osik və Serniki şəhərlərinə dair qərarlar sosial mediada Polşanın Homofobiyaya Qarşı Kampaniyası tərəfindən müsbət qarşılanıb. “Bugünkü qərar demokratiyanın, insan haqlarının və fərdlərə hörmətin böyük qələbəsidir”, - deyə "Facebook"-da yazılıb. Polşanın onlarla şəhər və bölgəsi 2019-cu ilin may ayında özlərini “LGBTQI+ ideologiyasından” azad elan ediblər və bu, Avropa Komissiyası ilə mübahisəyə səbəb olub. Polşanın hakim mühafizəkar Hüquq və Ədalət (PiS) partiyası "LGBTQI+ ideologiyası"nın ölkənin dini ailə dəyərlərinə zərbə vurduğunu iddia edir. Lakin Avropa Komissiyası Varşavanı cinsi oriyentasiyaya əsaslanan ayrı-seçkiliyə dair Aİ qanunlarını pozmaqda günahlandırıb və Polşanın bir sıra regionlarının maliyyələşməsini dayandırıb. Polşanın insan hüquqları üzrə ombudsmanının məhkəməyə müraciətindən sonra aşağı instansiya məhkəmələri doqquz belə “LGBT-siz” qətnamənin ləğv edilməsinə qərar veriblər, bu qərarı çərşənbə axşamı apellyasiya məhkəməsi də qüvvədə saxlayıb. Ötən il Sventokşiskiye Voyevodalığının regional assambleyası Polşada ilk olaraq LGBTQI+ əleyhinə qətnaməsini ləğv edib. Həmçinin ötən il Aİ Parlamenti də 27 üzvdən ibarət bütün birlik ərazisini LGBTQI+ insanlar üçün “azad zona” elan edən qətnaməsi qəbul edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun