Pele Putini Ukraynadakı müharibəni dayandırmağa çağırıb

Pele Putini Ukraynadakı müharibəni dayandırmağa çağırıb
2 İyun 2022
Mətni dəyiş
Braziliya millisinin sabiq futbolçusu Pele İnstaqramda Rusiya prezidenti Vladimir Putinə müraciət edərək, onu Ukraynadakı müharibəni dayandırmağa çağırıb. “Bu münaqişə əxlaqsızdır, heç bir əsası yoxdur və yalnız ağrı, qorxu, dəhşət və iztirab gətirir. Bunun davam etməsi üçün heç bir səbəb yoxdur”, - XX əsrin ən yaxşı futbolçusu adlandırılan Pele yazır. "Müharibələr yalnız xalqları parçalamaq üçün mövcuddur və uşaqların xəyallarını basdıran, ailələri məhv edən və günahsız insanları öldürən raketlərin buraxılmasına haqq qazandıran heç bir ideologiya yoxdur. Mən müharibələr gördüyüm, onurğasız liderlər tərəfindən milli təhlükəsizlik naminə vəhşilikləri təbliğ edən nifrət nitqləri eşitdiyim səkkiz onillik yaşamışam. Biz bunu dayandırmalı və dəyişməliyik. Mən çoxdan özümə söz vermişdim ki, həmişə sülh işinə səsimi verəcəyəm. Bu münaqişəni dayandırmaq gücü sizin əllərinizdədir. 2017-ci ildə sonuncu görüşümüz zamanı Moskvada sıxdığım əllərin", Pele yazıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun