"Nə ABŞ, nə müttəfiqlərimiz Rusiyaya zərər vermək üçün müharibəni uzatmağa çalışmır"

"Nə ABŞ, nə müttəfiqlərimiz Rusiyaya zərər vermək üçün müharibəni uzatmağa çalışmır"
4 İyun 2022
Mətni dəyiş

İyunun 3-də Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün başlamasından 100 gün keçdi. Məsələ ilə bağlı ABŞ dövlət katibi Entoni Blinken bəyanat yayıb.

Açıqlamada deyilir ki, bu gün Vaşinqton Kiyevin bu təcavüzü dəf edilməsi uğrunda mübarizəsində onu dəstəklədiyini təsdiq edib.

"Dünya ölkəsi uğrunda mübarizə aparan Ukrayna xalqının cəsurluğunun və qətiyyətinin şahidi oldu", deyə dövlət katibi Entoni Blinkenin bəyanatında bildirilir.

Fevralın 24-dən etibarən Vaşinqton Ukraynaya qələbə qazanmaqda kömək etmək üçün 6,3 milyard dollardan çox dəyəri olan hərbi, humanitar və iqtisadi yardım göndərib.

Blinken bir daha Putinə çağırış edib ki, bu münaqişəyə və onun müharibəsinin səbəb olduğu bütün iztirablara və qlobal sarsıntılara dərhal son qoysun.

"Nə Birləşmiş Ştatlar, nə müttəfiqlərimiz və tərəfdaşlarımız Rusiyaya zərər vermək üçün müharibəni uzatmağa çalışmır", deyə o bildirib.

"Biz Rusiya vətəndaşlarına hörmət edirik, onlar bizim düşmənimiz deyil və müharibənin davam etdirilməsinin və repressiyaların gücləndirilməsinin gətirəcəyindən daha yaxşı gələcəyə layiqdirlər".

Həmçinin, Blinken doğmalarını itirən, şiddət səbəbindən bir-birindən ayrı düşən, bombaların, mərmilərin və raketlərin kəndlərinə, evlərinə, məktəblərinə, xəstəxanalarına zərər verdiyi, Rusiyanın "filtrasiya" düşərgələrinə göndərilən Ukrayna ailələrinə müraciət edib:

"Birləşmiş Ştatlar sizi dəstəkləyir, biz sizə suverenliyinizi və ərazi bütövlüyünüzü qorumaqda kömək edəcəyik və bu müharibə başa çatdıqda biz sizə bərpa olunmaqda kömək edəcəyik. Ukrayna qalib gələcək!", - deyə Blinken qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun