Merkel Rusiyanın Ukraynaya qarşı "barbar müharibəsini" pisləyib

Merkel Rusiyanın Ukraynaya qarşı "barbar müharibəsini" pisləyib
2 İyun 2022
Mətni dəyiş
Almaniyanın keçmiş kansleri Angela Merkel Ukrayna ilə həmrəy olduğunu və Rusiya ilə müharibədə ukraynalıların öz ölkələrini müdafiə etmək hüququnu dəstəklədiyini bəyan edib. ARD qeyd edir ki, o, bunu təxminən altı ay ərzində ilk dəfə ictimaiyyət qarşısında çıxışı zamanı deyib. TASS əlavə edir ki, daha əvvəl Merkelin bəyanatları onun ofisinin nümayəndələri tərəfindən yayılıb. Merkel Almaniya Həmkarlar İttifaqları Assosiasiyasının rəhbəri Rayner Hoffmanın istefasına həsr olunmuş tədbirdə çıxış edib. O, Ukraynada baş verənləri “barbar müharibə” adlandırıb və buna tez bir zamanda son qoyulmalıdır. Keçmiş kanslerin sözlərinə görə, Rusiya işğalının nəticələrinin nə qədər geniş olacağını hələ heç kim dəqiq qiymətləndirə bilməz. Lakin Merkel hesab edir ki, xüsusilə ukraynalılar üçün əhəmiyyətli olacaq. O qeyd edib ki, müharibə zamanı dinc sakinlər əziyyət çəkib. "Bu dəhşətə misal Buçadır", Merkel deyib. Merkelin fikrincə, hazırkı vəziyyətdə Avropa İttifaqının birliyi əsas əhəmiyyət kəsb edir. O, həmçinin Almaniya hökumətinin, Aİ-nin, digər ölkələrin və beynəlxalq təşkilatların hərbi əməliyyatların dayandırılmasına yönəlmiş səylərini dəstəklədiyini bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun