Çin vətəndaşlara casusluq xəbərləri üçün pul və “mənəvi mükafatlar” təklif edir

Çin vətəndaşlara casusluq xəbərləri üçün pul və “mənəvi mükafatlar” təklif edir
8 İyun 2022
Mətni dəyiş

Gələn həftədən Çin hakimiyyəti “milli təhlükəsizliyi pozanlar” barədə xəbər verənlərə pul mükafatları və fəxri fərmanlar verəcək. "Düşmən dəyirmanına su tökən" vətəndaşlar haqqında məlumat verən çinlilər 100 000 yuana (15 000 ABŞ dolları) qədər pul ala biləcəklər. Bu barədə Reuters xəbər verir.

Çinin təhlükəsizlik nazirliyinin sözçüsü "Façji Jibao"-ya bildirib ki, tədbirlər mükafatları standartlaşdırmaq və ictimaiyyəti xarici kəşfiyyat agentlikləri və digər düşmən qüvvələrlə mübarizəyə həvəsləndirmək məqsədi daşıyır.

Mükafatın miqdarı verilən məlumatın keyfiyyətindən asılı olacaq. Bir neçə vətəndaş eyni qanun pozuntusu ilə bağlı müraciət edərsə, pulu birinci olan şəxs alacaq.

Çinin bir çox regionlarında artıq “sosial kreditlər” adlanan sistem fəaliyyət göstərir, onun köməyi ilə hakimiyyət orqanları vətəndaşların və təşkilatların etibarlılığını qiymətləndirir. Çoxlu “sosial krediti” olan vətəndaşlar ən yaxşı mehmanxanalara, kirayə evlərə və məktəblərə çıxış əldə edir.

“Etibarsız” vətəndaşlara müəyyən müddət ictimai nəqliyyatdan istifadə qadağan edilə bilər. Rəsmi məlumatlara görə, 2017-ci ildə 6 milyon insan qatar, avtobus və təyyarələrə bilet almaqda problem yaşayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun