ABŞ kəşfiyyatı: “Putin aprel ayında xərçəngdən müalicə olunub”

ABŞ kəşfiyyatı: “Putin aprel ayında xərçəngdən müalicə olunub”
3 İyun 2022
Mətni dəyiş
ABŞ lideri Co Baydenin administrasiyası daxilində xüsusi xidmət orqanlarının mayın sonunda dördüncü əhatəli hesabatı dərc olunduqdan sonra Rusiya Prezidenti Vladimir Putinin səhhəti gərgin müzakirə mövzusuna çevrilib. Bu barədə "Newsweek" jurnalı sənədin məzmunu ilə tanış olan üç mənbəyə istinadən xəbər verir. Məxfi materiallarda deyilir ki, Putin aprel ayında xərçəngdən müalicə olunub. Bu barədə ABŞ kəşfiyyatının hesabatla tanış olan üç nümayəndəsi bildirib. Həmçinin mart ayında da Putinə sui-qəsd edilib. Yüksək rütbəli məmurlar xəbərdarlıq edirlər ki, Putin güc və statusu saxlamaqla bağlı getdikcə daha çox narahatlıq keçirir, bu isə Ukraynadakı vəziyyətin mürəkkəb və gözlənilməz gedişatına təsir verir. Lakin onların sözlərinə görə, həmçinin bu vəziyyət nüvə müharibəsi ehtimalını azaldır. Milli Kəşfiyyat Direktorunun Ofisindən olan mənbə, istefada olan yüksək rütbəli Hərbi Hava Qüvvələri zabiti və ABŞ Müdafiə Kəşfiyyat Agentliyindən olan hər üç məmur bildirir ki, Rusiya liderinin təcrid olunması ABŞ kəşfiyyatının Putinin səhhətini dəqiq qiymətləndirməsini çətinləşdirir. “Putin dəqiq xəstədir... O, tezlikləmi öləcək? Bu, ancaq fərziyyədir. O, hələ də təhlükəlidir və öləcəyi təqdirdə bizi xaos gözləyir. Diqqətimizi buna yönəltməliyik. Hazır olun”, - deyə rəsmi bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun