ABŞ Dövlət Departamenti: "Qərb jurnalistləri Moskvada təzyiqlərə məruz qalır"

ABŞ Dövlət Departamenti: "Qərb jurnalistləri Moskvada təzyiqlərə məruz qalır"
7 İyun 2022
Mətni dəyiş
Bazar ertəsi Vaşinqton Moskvanı Qərb müxbirlərini qorxutmaq cəhdində ittiham edib. Belə ki, onlar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıblar və ABŞ-ın tətbiq etdiyi sanksiyalara görə onlarla haqq-hesab çəkiləcəyilə hədələniblər. “Rusiya Xarici İşlər Nazirliyi həmkarlarınızı çağırıb və bildirib ki, Qərbin xətti onlar üçün fəsadlara səbəb olacaq”, - bazar ertəsi brifinqdə Dövlət Departamentinin nümayəndəsi Ned Prays jurnalistlərə bildirib. “Gəlin, aydınlıq gətirək, Kreml azad KİV-ə tammiqyaslı hücum edir, informasiya və həqiqətə çıxışı məhdudlaşdırır”, - o deyib və əlavə edib ki, “müstəqil jurnalistlərin qorxudulmasına açıq-aşkar cəhd” var. Rusiya hökuməti "qəsdən" azad mətbuata məhəl qoymur, demək olar ki, bütün müstəqil KİV-ləri bloklayır. "Jurnalistlərə qarşı hədələr Rusiya əhalisini istənilən xarici informasiyadan təcrid etmək məqsədi daşıyır". Vaşinqton rusiyalı ixtisaslı jurnalistlərə viza verməyə davam edir və" biz ABŞ-da çalışan heç bir rusiyalı jurnalistin akkreditasiyasını ləğv etməmişik", - Prays deyib. Eyni zamanda, ABŞ Maliyyə Nazirliyi "dövlət tərəfindən birbaşa və ya dolayısı ilə nəzarət edilən və Prezident Putinin müharibəsini dəstəkləyən” Rusiya telekanallarına sanksiyalar tətbiq edib. "Bir çox digər müstəqil və dövlətlə bağlı strukturlar sanksiyalara məruz qalmayıb", - Prays deyib. O qeyd edib ki, ABŞ hökuməti Rusiya KİV-lərilə qarşılıqlı fəaliyyəti davam etdirir, çünki "Rusiya xalqının informasiyaya çıxışının olması çox vacibdir". Moskvanın xaricdə rusiyalı jurnalistləri təqib etməsilə bağlı Turan-ın sualının cavabında Prays deyib ki, korrupsiyanı, vəzifə cinayətlərinı, Rusiya hökumətinin qanun pozuntularını ifşa etməyə cəhd edənlərə qarşı qorxutma və zorakılığa dair çoxsaylı hallar var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun