Zelenski 'Ukrayna qanunvericiliyinin sovetsizləşdirilməsi haqqında' qanunu imzalayıb

Zelenski 'Ukrayna qanunvericiliyinin sovetsizləşdirilməsi haqqında' qanunu imzalayıb
6 May 2022
Mətni dəyiş
Ukrayna Prezidenti Volodimir Zelenski “Ukrayna qanunvericiliyinin sovetsizləşdirilməsi haqqında” qanunu imzalayıb. Bu barədə Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk bildirib. “Artıq bundan sonra “Böyük Oktyabr Sosialist İnqilabının qələbəsi”ndən bəhs edilmir; “Kommunist cəmiyyəti qurmaq üçün Lenin ideyalarını” həyata keçirmək istəyi yoxdur; Kommunist Partiyası tərəfindən hazırlanmış proqramlara istinad edilmir; Komsomolçuların, kommunistlərin və digər “yoldaşlar”ın hüquqlarında prioritet yoxdur; SSRİ və Ukrayna SSRİ-nin idarəçiliyinin 1200-ə yaxın aktı “təmizlənir”; Ukrayna Nazirlər Kabinetinə də yaxın vaxtlarda bunu öz səviyyəsində həyata keçirmək, habelə yeni Əmək Məcəlləsi, Mənzil Məcəlləsi və İnzibati Xətalar Məcəlləsini hazırlamaq tapşırılıb. Bu qanunun hazırlanmasında köməklik göstərən və onun qəbulunun lehinə səs verən bütün deputat həmkarlarıma təşəkkür edirəm. Müstəqilliyin 30 ilində millət vəkillərinin edə bilmədiklərini birlikdə etdik”, - Stefançuk qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun