"Yerevanla Bakı təklifləri birləşdirməli və danışıqlara başlamalıdır"

"Yerevanla Bakı təklifləri birləşdirməli və danışıqlara başlamalıdır"
20 May 2022
Mətni dəyiş

"Rəsmi Yerevan ümid edir ki, nə vaxtsa Ermənistan və Azərbaycan sülh mövzusu ətrafında ortaq məxrəcə gələcəklər".

Azatutyun radiosunun sualını cavablandıran Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu gün hökumətin iclasından sonra bunu bəyan edərək, sülh gündəliyinin birtərəfli ola bilməyəcəyini vurğulayıb.

Qriqoryan Yerevanın Azərbaycan və Ermənistanın təklif etdiyi paketlərin birləşdirilməsi və nəticədə sülh gündəmi ətrafında danışıqlara başlanmasının zəruriliyi ilə bağlı mövqeyini təsdiqləyib.

Təhlükəsizlik Şurası katibinin sözlərinə görə, bu məsələ Brüsseldə də qaldırılıb və Azərbaycan tərəfi də irəli getməyin vacibliyini anlayırdı.

“Bu ikitərəfli məntiq iki təklifdən ibarət paketi ehtiva etməlidir. Onlar birləşdirilməli və bu gündəliyə uyğun olaraq irəliləməlidir”, - deyə Qriqoryan nəticə əldə etmək üçün işləməyə davam edəcəklərini vurğulayıb.

Aprelin 6-da Brüsseldə keçirilən üçtərəfli görüşdə Ermənistan tərəfi Azərbaycan tərəfinə altı bənddən ibarət sənəd verib, bu sənəddə təhlükəsizlik, Dağlıq Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi və Dağlıq Qarabağın yekun statusu məsələləri də var.

Dünən Brüsseldə “Azatutyun” radiosunun sualını cavablandıran Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Azərbaycan Yerevanın Dağlıq Qarabağın gələcək statusu və təhlükəsizliyi məsələsinin Ermənistanla münasibətlərin normallaşdırılması gündəliyinə daxil edilməsi təklifini hələ də qəbul etməyib.

Bu arada, təxminən bir ay əvvəl Brüsseldə Ermənistan və Azərbaycan liderləri sülh sazişinə doğru sürətlə irəliləmək barədə razılığa gəliblər və xarici işlər nazirlərinə onun hazırlanmasını tapşırıblar.

Ermənistan xarici işlər naziri dünən vurğulayıb ki, Yerevan münasibətləri normallaşdırmağa hazırdır, lakin bunun üçün də qarşı tərəfin razılığı lazımdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun