Xorvatiya İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə mane olmaq niyyətindədir

Xorvatiya İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə mane olmaq niyyətindədir
19 May 2022
Mətni dəyiş
Xorvatiya İsveç və Finlandiyanın NATO-ya daxil olmasına mane olmaq niyyətindədir. Xorvatiya Prezidenti Zoran Milanoviç hər iki ölkənin NATO-ya daxil olmasına qəti şəkildə qarşı çıxıb. O, NATO-dakı səfirinə alyansın yeni potensial üzvlərinə qarşı çıxmaq üçün təlimatlar yazmağa hazır olduğunu bildirib. "Onda mənə qalan Xorvatiya səfirinə (NATO yanındakı – red.) göstəriş yazmaq, onu çətin vəziyyətə salmaqdır. Əgər o, sülh istəyirsə, mandatı qaytarsın", - Milanoviç deyib. Xorvatiya Prezidenti vurğulayıb ki, NATO İsveç və Finlandiyanı qəbul etməzdən əvvəl Bosniya və Herseqovinada seçki qanunvericiliyində islahatların aparılması məsələsini həll etməlidir. "Biz öz maraqlarımız üçün mübarizə aparmalıyıq", - Milanovic deyib. Xorvatiya Prezidenti Finlandiya və İsveçin NATO-ya daxil olmasına veto qoymağa hazır olduğunu bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun