Ukrayna rusiyalı oliqarx Fridmanın 430 milyon dollarlıq əmlakına həbs qoyub

Ukrayna rusiyalı oliqarx Fridmanın 430 milyon dollarlıq əmlakına həbs qoyub
17 May 2022
Mətni dəyiş
Ukrayna hökuməti rusiyalı oliqarx Mixail Fridmanın "Alfa-Bank"dakı 12,4 milyard qrivnadan (416 milyon dollar) çox olan aktivlərinə həbs qoyub - bunlar iş adamı ilə əlaqəli Kipr şirkətlərinin bank hesablarında olan qiymətli kağızlarıdır, Ukraynanın baş prokuroru İrina Venediktova deyib. Bundan əlavə, qurumun rəhbərinin sözlərinə görə, Rusiyaya göndərilməsinə hazırlanan bank hesablarından 469 milyon qrivnaya (15,7 milyon dollar) həbs qoyulub. "Pulların leqallaşdırması üçün elə də əziyyət çəkməyiblər. Məsələn, xəyali bir müqavilə bağlayıblar və bunun əsasında kosmik məbləğə qəpiklik nizamnamə kapitalı olan bir şirkət alıblar", İrina Venediktova deyib. Onun sözlərinə görə, Mixail Fridman və onun nəzarətində olan iş adamları mümkün sanksiyalardan və digər məcburi tədbirlərdən yan keçmək üçün bankdan və Kipr şirkətlərindən istifadə ediblər. Rusiya istiqamətində vəsaitlərin hərəkəti müharibədən bir neçə həftə əvvəl başlayıb və Rusiyanın Ukraynaya təcavüzünün başlaması ilə sürətlənib. "Sxemlər" layihəsinin araşdırmasına görə, mayın əvvəlində Fransa Fridman ailəsinə məxsus "Copab" villasına həbs qoyub. Bu qərar Aİ-nin sanksiyalarına görə verilib. Mixail Fridman Ukraynada müharibə başlayandan sonra Aİ sanksiyalarına düşən ilk ruslardan biri olub, eyni zamanda "Alfa Group" konsorsiumunun digər sahiblərinə - Pyotr Avenə, habelə Rusiya Prezidenti Vladimirin dostları Gennadi Timçenko və Sergey Rolduginə qarşı da sanksiyalar tətbiq edilib. Tətbiq edilən məhdudiyyətlərin əsaslandırmasında Fridmanın prezident administrasiyası ilə sıx əlaqədə olduğu və 2014-cü ildə Krımın işğalına töhfə verdiyi bildirilir. Daha sonra "Bloomberg"-ə müsahibəsində Fridman sanksiyaların ədalətsizliyindən şikayətlənib. O, bank kartının bloklandığını və xərclərin ayda təxminən 3300 dollara qədər məhdudlaşdırıla biləcəyini söyləyib. Biznesmenin sözlərinə görə, o, indi hətta Londondakı malikanəsinin təmizliyini belə ödəyə bilmir. "Bəlkə evi özüm təmizləməliyəm. Bu normal haldır. Tələbə olarkən daha dörd kişi ilə kiçik yataqxanada yaşayırdım. Amma 35 ildən sonra bu, gözlənilməz oldu", - milyarder deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun