Ukrayna Baş Prokurorluğu Rusiya rəhbərliyini ifadə vermək üçün istintaqa çağırıb

Ukrayna Baş Prokurorluğu Rusiya rəhbərliyini ifadə vermək üçün istintaqa çağırıb
6 May 2022
Mətni dəyiş

Ukrayna Baş Prokurorluğu Rusiyanın keçmiş prezidenti Dmitri Medvedyev də daxil olmaqla dövlət rəhbərliyində təmsil olunan bir sıra şəxsləri ifadə vermək üçün istintaqa dəvət edib. 

Bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Məlumatda qeyd olunub ki, həmin şəxslərə bildiriş göndərilib və mayın 16, 17 və 18-i ifadə vermək üçün istintaqa çağırılıblar.

İstintaqa çağırılanlar arasında Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Federasiya Şurasının sədri Valentina Matvienko, Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş prezident Dmitri Medvedyev, müdafiə naziri, ordu generalı Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin, daxili işlər naziri Vladimir Kolokoltsev, Rusiya qvardiyasının başçısı Viktor Zolotov, Mərkəzi Federal Dairəsi üzrə Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi İqor Şeqoleyev də var.

Ukrayna və beynəlxalq birlik Rusiyanın Ukraynaya təcavüzündə məsuliyyət daşıyan siyasi şəxslərin beynəlxalq tribunala çıxarılması üçün də çalışır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun