Üç ay ərzində 6 rusiyalı iş adamının 'intihar edərək' ölməsi şübhələrə yol açıb

Üç ay ərzində 6 rusiyalı iş adamının 'intihar edərək' ölməsi şübhələrə yol açıb
10 May 2022
Mətni dəyiş
Son üç ayda bəziləri ailələri ilə birlikdə olmaqla yeddi rusiyalı oliqarx müəmmalı şəkildə dünyasını dəyişib. Ölənlərin əksəriyyəti Rusiyanın neft və təbii qaz sənayesində çalışan insanlardır. 2022-ci il, aprelin 19-u. İspaniyanın Lloret de Mar qəsəbəsi. İspan polisi rus oliqarxın oğlu Fyodor Protosenyadan telefon zəngi alır. Protosenya qəsəbədə ailəsinin villasının olduğunu və saatlardır Fransadan anası ilə telefon əlaqəsi qura bilmədiyini deyir. Polis malikanəyə gəldikdə ana, ata və bacıya aid üç cəsəd tapır. İlk olaraq Fyodorun atası Sergey Protosenyadan şübhələnən polis atanın ana və qızını boğaraq öldürməsi və daha sonra özünü villanın bağçasında asması ehtimalına əsaslanır. Lakin sonradan cinayət yerində aparılan araşdırmalar başqa şübhələrə səbəb olub. [caption id="attachment_119202" align="alignnone" width="1920"] Sergey Protosenya, ‘Novatek’-in vitse-prezidenti[/caption] Bu hadisədən bir gün əvvəl, 3 min kilometr aralıda polis daha bir dəhşətli hadisə ilə qarşılaşır. Rusiyalı multimilyarder Vladislav Avayev həyat yoldaşı və 13 yaşlı qızı ilə birlikdə Moskvadakı lüks evində ölü tapılıb. Rusiyanın Tass xəbər agentliyi hadisə ilə bağlı məlumatlrında Avayevin əlində silah tapıldığını qeyd edib. Moskva polisi də Avayevin həyat yoldaşını və qızını silahla öldürdüyünü, daha sonra isə intihar etdiyini açıqlayıb. [caption id="attachment_119203" align="alignnone" width="1024"] Vladislav Avayev, ‘Qazprombank’-ın vitse-prezidenti[/caption] Arasında yalnız 24 saat olan bu iki hadisə təkcə əməlin törədilməsi baxımından oxşar deyil. Protosenya və Avayev Rusiyada neft və qaz biznesi ilə məşğul olan iki multimilyarder oliqarxdır. Protosenya vaxtilə Rusiyanın təbii qaz şirkəti ‘Novatek’-in vitse-prezidenti, Avayev isə ‘Qazprombank’-ın vitse-prezidenti olub. Hər iki şəxs bu il ərzində xüsusən də energetika sahəsində müəmmalı şəkildə həyatını itirən rus oliqarxlar arasında yer alır. Ard-arda ölü tapılan rus oliqarxlar Bu il yanvarın sonlarında Rusiya hələ Ukraynaya hücum etməmişdən əvvəl, “Qazprom”-un tanınmış rəhbəri, 60 yaşlı Leonid Şulmanın intihar etdiyi açıqlanıb. [caption id="attachment_119204" align="alignnone" width="1180"] Leonid Şulman, “Qazprom”-un rəhbəri[/caption] Fevralın 25-də rus oliqarxı olan Aleksandr Tyulyakov Sankt-Peterburq şəhərində özünü asmış şəkildə aşkar edilib. Tyulyakov da Rusiyanın enerji nəhənginin direktorlarından biri olub. [caption id="attachment_119207" align="alignnone" width="656"] Aleksandr Tyulyakov, rus oliqarx[/caption] Onun ölümündən üç gün sonra Ukrayna əsilli təbii qaz və neft maqnatı Mixael Uotford İngiltərənin Surrey şəhərində malikanəsinin qarajında ​​asılmış vəziyyətdə tapılıb. [caption id="attachment_119206" align="alignnone" width="1200"] Mixail Uotford, neft maqnatı[/caption] Martın 24-də Rusiyanın iri şəhərlərindən biri olan Nijni Novqorodda şübhəli ölüm hadisəsi baş verib. Tibbi təchizat nəhəngi ‘MedStom’-un milyarder meneceri Valisiy Melnikov həyat yoldaşı və iki azyaşlı oğlu ilə birlikdə milyonlarla dollarlıq evində ölü tapılıb. Bu hadisənin də Protoseniya və Avayev hekayəsi ilə oxşar cəhətləri var idi. [caption id="attachment_119208" align="alignnone" width="1707"] Vasiliy Melnikov, ‘MedStom’-un milyarder meneceri[/caption] Və nəhayət, Andrey Krokovskinin işi. 37 yaşlı Krokovski Soçi yaxınlığındakı ‘Krasnaja Polyana’ adlı xizək kurortunun meneceri olub. Bu, Rusiya prezidenti Vladimir Putinin də qonaqlarını xizək sürməyə dəvət etməyi xoşladığı yerlərdən biridir. Rusiyanın “Kommersant” qəzetinin mayın 2-də verdiyi xəbərə görə, Krokovski xizək yürüşü zamanı qayadan yıxılaraq dünyasını dəyişib. https://twitter.com/MailOnline/status/1520455456631754752?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1520455456631754752%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Fwww.dw.com%2Ftr%2Frus-oligarklarC4B1n-gizemli-C3B6lC3BCmC3BC%2Fa-61738607 Rusiyalı oliqarxlar niyə hədəf alınıblar? Cəmi üç ay ərzində yeddi çox varlı rusiyalının müəmmalı ölümü müxtəlif fərziyyələrin meydana gəlməsinə yol açır. Bu yaxınlarda çoxsaylı media orqanları bu ölümlərin intihar olmama ehtimalından yazıb. Bəziləri hətta Rusiya lideri Putinin və ya Kremlin bu ölümlərlə əlaqəsi ola biləcəyini iddia edib. Son illərdə Kremlin əleyhdarlarını hədəf alan bəzi sui-qəsd cəhdləri gündəmə gəlib. Onlardan biri Kremlin rəqibi Aleksey Navalniyə qarşı yönəlib. Navalni 2020-ci ilin avqustunda Tomsk şəhərinin hava limanında Rusiya hərbi kəşfiyyat xidmətinin keçmiş əməkdaşı Sergey Skripal kimi ‘Noviçok’ adlı maddə ilə zəhərlənib. [caption id="attachment_115944" align="alignnone" width="1200"] Aleksey Navalnı, rusiyalı müxalifət lideri[/caption] Rusiya Xüsusi Xidmətinin qaçan əməkdaşlarından olan Aleksandr Litvinenko da 2006-cı ildə Londonda radioaktiv poloniumla zəhərlənib. ABŞ-ın “USA Today” qəzetinin 2017-ci ildə apardığı araşdırmaya görə, o vaxt cəmi 3 il ərzində ən azı 38 oliqarx ya ölüb, ya da yoxa çıxıb. [caption id="attachment_119209" align="alignnone" width="1440"] Aleksandr Litvinenko, Rusiya Xüsusi Xidmətinin keçmiş əməkdaşı[/caption] Ancaq indi maraqlı olan odur ki, bu il dünyasını dəyişən oliqarxlar tərəfindən heç bir tənqidi açıqlama verilməyib. Bundan əlavə, bu oliqarxların heç biri Ukrayna müharibəsinə görə Qərbin sanksiya tətbiq etdiyi iş adamları siyahısında yoxdur. Polşada fəaliyyət göstərən Varşava İnstitutu analitik mərkəzinin son hesabatında oliqarxların ölümü ilə bağlı cinayət yerinin təhqiqatında təkcə Rusiya polisinin deyil, Rusiyanın dövlət qaz şirkəti “Qazprom”-un təhlükəsizlik bölməsinin rəsmilərinin də iştirak etdiyi bildirilir. Hesabatda iddia edilir ki, bəzi yüksək vəzifəli Kreml məmurları beləliklə dövlətə məxsus şirkətdəki korrupsiyanı ört-basdır etmək istəyiblər. Lakin bu iddianın doğruluğunu təsdiq edən heç bir məlumat yoxdur. İspan polisi isə Sergey Protosenya hadisəsinin ailə dramı ola biləcəyi üzərində durmaqda davam edir. Oğul Fyodor buna inanmır və ingilis qəzetlərinə verdiyi açıqlamalarda “Mənim atam qatil deyil” deyir. Ailənin hansı şəraitdə öldüyünün həqiqətən açıqlanıb-açıqlanmayacağı isə qaranlıq olaraq qalır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun