Rüstəm Muradov Ukraynada yaralandı, bacısı oğlu öldü

Rüstəm Muradov Ukraynada yaralandı, bacısı oğlu öldü
24 May 2022
Mətni dəyiş

Rusiya Cənub Hərbi Dairəsi komandanının müavini, Qarabağdakı rus sülhməramlıların keçmiş komandiri general-leytenant Rüstəm Muradovun bacısı oğlu Ukraynada həlak olub.

Bu barədə məlumatı “Baza” teleqram kanalı yayıb.

Məlumata görə, 27 yaşlı Salman Süleymanov tağım komandiri olub və o, hərbi əməliyyat zamanı ölüb.

Belə iddia edilir ki, general-leytenant Rüstəm Muradovun özü də Ukraynada aldığı yaralardan sonra hospitalda müalicə alırmış. Bildirilir ki, Salman Süleymanovun nəşi doğulduğu Dağıstana aparılıb. R. Muradov isə dəfndə iştirak etmək üçün hospitaldan icazə istəyib.

Rüstəm Muradov 2022-ci ilin fevralına qədər Qarabağdakı rusiyalı sülhməramlılara komandirlik edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun