Rusiyalı hərbçilər “Azovstal”da 152 ukraynalının cəsədini aşkar etdiklərini deyirlər

Rusiyalı hərbçilər “Azovstal”da 152 ukraynalının cəsədini aşkar etdiklərini deyirlər
31 May 2022
Mətni dəyiş

Rusiyalı hərbçilər Mariupoldakı “Azovstal” zavodunun zirzəmisində içərisində 152 ukraynalı hərbçinin cəsədi olan furqon aşkar edib.

Bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov açıqlayıb.

Onun sözlərinə görə, rusiyalı hərbçilər furqona baxış keçirərkən cəsədlərin altında yerləşdirilən 4 mina aşkar edib.

Konaşenkov qeyd edib ki, “Azov” alayının əsir götürülən döyüşçüləri dindirilmə zamanı bildiriblər ki, sözügedən minalar Kiyevin birbaşa göstərişi əsasında yerləşdirilib.

General-mayor, həmçinin söyləyib ki, bu təxribatın məqsədi Rusiyanı ukraynalı hərbçilərin cəsədlərini bilərəkdən məhv etməkdə təqsirləndirmək olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun