Roman Abramoviç 'Çelsi'ni 5 milyard dollara satmağa razılaşıb

Roman Abramoviç 'Çelsi'ni 5 milyard dollara satmağa razılaşıb
7 May 2022
Mətni dəyiş
İngiltərənin “Çelsi” futbol klubu “Los Angeles Dodgers” beysbol komandasının həmtəsisçisi, amerikalı milyarder Todd Byolinin iştirakı ilə iş adamları konsorsiumuna satılacaq. "Çelsi" öz saytında satış şərtlərinin razılaşdırıldığını bildirib. Müqavilə konsorsiumun klub üçün 4,25 milyard funt sterlinq (5,2 milyard dollar) ödəməsini nəzərdə tutur. Bunun 2,5 milyard funt-sterlinqi "Çelsi"nin səhmlərinin alınmasına yönəldiləcək. Gəlir Böyük Britaniyada dondurulmuş bank hesabına gedəcək, daha sonra Roman Abramoviçin söz verdiyi kimi, xeyriyyə işlərinə göndəriləcək. Daha 1,75 milyard funt-sterlinq yeni sahiblər tərəfindən klubun inkişafına, o cümlədən qadınlar komandasına, Çelsi akademiyasına və klubun Londondakı iki stadionuna investisiyalar yatırılacaq. “Çelsi”ni almaq üçün müqavilə bağlayan iş adamları konsorsiumuna Todd Byollidən başqa amerikalı iş adamı Mark Valter, isveçrəli milyarder Hansjörq Uyss və “Clearlake Capital” investisiya şirkəti də daxildir. Müqavilənin may ayının sonunda bağlanacağı gözlənilir. Müqavilə ilk növbədə İngiltərə futbol hakimiyyəti və Böyük Britaniya hökuməti tərəfindən təsdiqlənməlidir. Rusiyalı milyarder Roman Abramoviç 2003-cü ildən “Çelsi”nin sahibidir. O, Ukrayna müharibəsinə görə Böyük Britaniyanın sanksiyalarına məruz qalmazdan bir müddət əvvəl, mart ayında klubun satışını elan etmişdi. Abramoviç klubun satışından əldə olunan vəsaitin müharibə qurbanlarına yardım etmək üçün xeyriyyə fonduna veriləcəyini bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun