Putin Lavrovun sözlərinə görə İsrail prezidentindən və xalqından üzr istəyib

Putin Lavrovun sözlərinə görə İsrail prezidentindən və xalqından üzr istəyib
6 May 2022
Mətni dəyiş

Rusiya prezidenti Vladimir Putin İsrailin Baş naziri Naftali Bennetlə telefon danışığında xarici işlər naziri Sergey Lavrovun yahudilərlə bağlı fikirlərinə görə Bennetdən və İsrail xalqından üzr istəyib. 

Bu barədə İsrail tərəfi rəsmi açıqlama yayıb. Putin müstəqillik gününü qeyd edən İsrail xalqını təbrik edib və dostyana münasibətlərin davam etdirilməli olduğunu bildirib. Bu günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov İtaliya kanallarından birinə müsahibəsində Hitlerin də yahudi kökənli olduğunu deyərək bildirib ki, yahudilərin ən böyük əleyhdarları elə yahudilərdir. Bu açıqlamalardan sonra İsrail Rusiyaya nota verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun