Putin də daxil olmaqla minə yaxın rusiyalı Kanadaya girə bilməyəcək

Putin də daxil olmaqla minə yaxın rusiyalı Kanadaya girə bilməyəcək
18 May 2022
Mətni dəyiş

Ukraynaya hücumdan sonra Rusiyaya tətbiq olunan sanksiyalar hər gün biraz da genişlənir. 

Bu dəfə Kanada sanksiyaları genişləndirmək, Vladimir Putin də daxil olmaqla, sanksiyalara məruz qalan minə yaxın rusiyalının ölkəyə girişini qadağan etmək qərarına gəlib. Bu barədə Kanadanın ictimai təhlükəsizlik naziri Marko Mendiçino danışıb. Nazir bildirib ki, Kanada Putin hökumətinin amansız hücumu qarşısında Ukraynanın yanındadır: "Buna görə də biz indicə minə yaxın rusiyalı, o cümlədən Putin və onun ətrafı üzvləri üçün ölkəyə giriş qadağası elan etmişik”, - Mendiçino bildirib.

Onun sözlərinə görə, bu şəxslər artıq Kanadanın sanksiya siyahılarındadı və ndi onların ölkəyə girişinə icazə verilməyəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun