Orban Ukrayna müharibəsinin yaratdığı böhranla əlaqədar fövqəladə vəziyyət elan edib

Orban Ukrayna müharibəsinin yaratdığı böhranla əlaqədar fövqəladə vəziyyət elan edib
25 May 2022
Mətni dəyiş
Macarıstanın baş naziri Viktor Orban fövqəladə vəziyyət elan edib. Orbanın sözlərinə görə, bu, Ukraynadakı "sonu görünməyən" müharibə səbəbindən tətbiq edilir. Macarıstanın baş naziri bu addımı Rusiya işğalının nəticələrinə "dərhal cavab vermək imkanı və manevr üçün yer" ilə əsaslandırıb. Macarıstanda fövqəladə vəziyyət gecə yarısı başlayıb. Bu, hökumətə parlamentdən yan keçməyə və fərmanları daha tez qəbul etməyə imkan verəcək. Hökumət fövqəladə vəziyyətlə bağlı ilk tədbirləri mayın 25-də elan edəcək. Bundan əvvəl Viktor Orban gələn həftə liderlərin sammitində Aİ-nin Rusiyaya qarşı təklif etdiyi neft embarqosunun müzakirəsinin mümkünlüyünü istisna etmişdi. O, Avropa Şurasının prezidenti Şarl Mişele məktub yazıb, ölkəsinin Rusiya neftindən uzaqlaşmasına kömək edə biləcək Aİ maliyyəsi ilə bağlı ətraflı məlumat olmadan sanksiyaları dəstəkləyə bilməyəcəyini bildirib. Orbanın paketi müzakirə etməkdən imtina etməsi Brüsselin Aİ-nin Rusiya neftindən asılılığına son qoymaq planlarını təhdid altına alır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun