Mirzoyan: "9 noyabr bəyanatında qeyd olunan bir çox məsələlər həllini tapmayıb"

Mirzoyan: "9 noyabr bəyanatında qeyd olunan bir çox məsələlər həllini tapmayıb"
31 May 2022
Mətni dəyiş

"9 noyabr 2020-ci il bəyanatı qəbul edildikdən sonra orada nəzərdə tutulmuş bir çox məsələlər həllini tapmayıb" Bu fikirləri Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyan səsləndirib. O, bu barədə Hindistan mediasına müsahibəsində danışıb.

“Dağlıq Qarabağ münaqişəsinin həlli müharibə yox, sülh deməkdir və Ermənistan regionda sülhün və stabilliyin bərqərar olunması üçün səylərini davam etdirir”, - deyə Mirzoyan bildirib.

Nazir deyib ki, Bakı hələ də erməni əsirlərin hamısını azad etməyib və Azərbaycan silahlı qüvvələrinin nəzarəti altına keçmiş ərazilərdə erməni mədəni və dini abidələri məhv olmaq təhlükəsi qarşısındadır.

“Biz dəfələrlə demişik ki, Azərbaycanla Dağlıq Qarabağ münaqişəsinin hərtərli tənzimlənməsi, o cümlədən Dağlıq Qarabağ xalqının hüquqlarının müdafiəsi və bu bölgənin yekun statusu da daxil hərtərəfli sülh danışıqlarına başlamağa hazırıq”, - deyə Ararat Mirzoyan əlavə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun