“McDonald`s” Rusiyadakı filiallarını satır

“McDonald`s” Rusiyadakı filiallarını satır
17 May 2022
Mətni dəyiş

ABŞ-ın məşhur restoran şəbəkəsindən olan "McDonald’s" Rusiyadakı filiallarını satacağını elan edib. Bu barədə məlumatı şirkət yayıb.

Rusiyanın Ukraynaya hücumundan sonra bu ölkədə fəaliyyətini dayandıran şirkətlər arasına "McDonald’s" da qoşulub. Şirkət 32 ildir fəaliyyət göstərdiyi ölkədən çıxmaq barədə qərar qəbul edib. Açıqlamada bildirilib ki, filiallar bağlanana qədər bütün işçilər maaşlarını alacaqlar. Şirkətin açıqlamasında bildirilib ki, çox adam insanlara iş verməyə, xidmət göstərməyə davam etməyin ən yaxşı yol olduğunu düşünə bilər, ancaq Ukraynadakı müharibənin yaratdığı humanitar fəlakəti görməmək mümkün deyil. Bildirilib ki, filiallar satıldıqdan sonra ""McDonald’s"-ın loqolarından istifadə də qadağan ediləcək. Hazırda bu şirkətin 100-dən çox ölkədə 39 min restoranı fəaliyyət göstərir. “McDonald`s”-ın Rusiyada 850 restoranı, 62 000 işçisi, yüzlərlə yerli təchizatçı və tərəfdaşı var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun