Litva Parlamenti Rusiyanı 'terrorçu dövlət' kimi tanıyıb

Litva Parlamenti Rusiyanı 'terrorçu dövlət' kimi tanıyıb
10 May 2022
Mətni dəyiş
Litva Seymi (parlamenti) yekdilliklə Rusiyanı “terrorçu dövlət” kimi tanıyan qətnamə qəbul edib. Bu barədə Delfi xəbər verib. Sənəddə deyilir: “Ordusu qəsdən və sistemli şəkildə bombardman üçün mülki hədəfləri seçən Rusiya Federasiyası terrorizmi dəstəkləyən və həyata keçirən dövlətdir”. Seym Rusiya Federasiyasının silahlı qüvvələrinin, onun siyasi və hərbi rəhbərliyinin Ukraynaya qarşı təcavüzünü soyqırım kimi tanıyıb, həmçinin xüsusi beynəlxalq cinayət tribunalının yaradılmasını istəyib. Litva parlamentarilərinin fikrincə, belə tribunal dövlət, hökumət başçılarını və digər dövlət məmurlarını həbs etmək səlahiyyətinə malik olmalıdır. Rusiyanın Ukraynaya təcavüzündən sonra Aİ ölkələri Rusiya Federasiyasına qarşı sərt sanksiyalar tətbiq edib. Litva hakimiyyət orqanları Rusiya qazından tamamilə imtina edən, ruslara qısamüddətli vizaların verilməsini dayandıran, Rusiya ilə diplomatik nümayəndəlik səviyyəsini aşağı salan və Rusiya səfirini ölkədən çıxaran ittifaqa üzv ölkələrdən birinci olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun