Lavrov: "Ən radikal yəhudi düşmənləri adətən elə yəhudilərdir"

Lavrov: "Ən radikal yəhudi düşmənləri adətən elə yəhudilərdir"
2 May 2022
Mətni dəyiş
Rusiyanın xarici işlər naziri Sergey Lavrov İtaliyanın “Mediaset” televiziyasına geniş müsahibə verib. Xüsusilə ondan Ukraynanın “nasifikasiyası” ittihamlarının prezident Volodimir Zelenskinin yəhudi olması faktına nə dərəcədə uyğun gəldiyi soruşulub. Rusiya Xarici İşlər Nazirliyinin saytındakı stenoqrama əsasən, Lavrov belə cavab verib: “O (Zelenski) bir arqument irəli sürür: əgər o, yəhudidirsə, onların hansı nasizmi ola bilər. Səhv edə bilərəm, amma Hitlerdə də yəhudi qanı var idi. Bu, tamamilə heç nə demək deyil. Müdrik yəhudi xalqı deyir ki, ən radikal yəhudi düşmənləri adətən yəhudilərdir. Bizdə də "Meşə çaqqalsız olmaz" deyirlər. ˝Haaretz˝ yazır ki, İsrailin xarici işlər naziri Yair Lapid Lavrovun sözlərini “bağışlanmayan, hədsiz və kobud tarixi səhv” adlandırıb. "Hitlerin yəhudi olduğunu söyləmək yəhudilərin özlərini öldürdüyünü söyləmək kimidir" Lapid deyib. "Nasistlər yəhudiləri təqib etdilər. Yalnız nasistlər nasist idi, yalnız nasistlər yəhudi xalqının sistemli şəkildə məhvini həyata keçirdilər" o əlavə edib. Lapid bildirib ki, İsrail Lavrovun üzrxahlığını gözləyir və Rusiya səfirini Xarici İşlər Nazirliyinə çağırır. Rusiya xarici işlər nazirinin sözlərini digər İsrail siyasətçiləri və ictimai təşkilatları, o cümlədən ˝Yad Va-Şem˝ Holokost memorialının sədri Dani Dayan da pisləyib. O bildiri ki, Lavrov “Hitlerin yəhudi əsilli olması ilə bağlı tamamilə yanlış iddia irəli sürərək, qurbanları cinayətkarlara çevirib”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun