Kadırov: "Bütün Ukrayna ərazisində xüsusi əməliyyat keçirməliyik"

Kadırov: "Bütün Ukrayna ərazisində xüsusi əməliyyat keçirməliyik"
4 May 2022
Mətni dəyiş
Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiyanın bütün Ukrayna ərazisində “xüsusi əməliyyat”ının ikinci mərhələsinin keçirilməsini zəruri hesab etdiyini bildirib. Videomüraciət onun Telegram kanalında yerləşdirilib. ˝Əsas odur ki, ikinci mərhələyə başlayaq. Xüsusilə də təkcə Luqansk və Donetsk ərazisində deyil, bütün Ukrayna ərazisində xüsusi əməliyyat keçirmək. Niyə? Çünki ən yaxşı silahlarla silahlanmış bütün dünya dövlətləri - onların sözləri ilə desək, həyasızcasına Ukraynanı təmin edirlər. Və bu silahlar artıq yerli sakinlərə satılır. Bu, dünya xaosu, qanunsuzluqdur. Bunun uzun sürməməsi üçün biz buna son qoymalıyıq, ikinci mərhələyə başlamalıyıq˝, Kadırov deyib. Kadırovun sözlərinə görə, Ukraynada yeni hökumət qurmaq və istəyən digər bütün dövlətlərlə dialoqu davam etdirmək lazımdır. “Əgər onlar sanksiyalar istəyirlərsə, biz sanksiyalara qarşı mübarizə aparacağıq, əgər onlar müharibə istəyirlərsə, biz də döyüşəcəyik”, - deyə Çeçenistan rəhbəri yekunlaşdırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun