4 May 2022
Mətni dəyiş
İran və İsveç vətəndaşı olan alim, casusluq ittihamı ilə İranda həbsdə olan Əhməd Rza Cəlali mayın 21-dək edam ediləcək. “İSNA” agentliyinin məlumatına görə, İran Ali Məhkəməsi Cəlali barəsində çıxarılan edam hökmünü təsdiqləyib.
İran iddia edir ki, 51 yaşlı alim İsrail xarici kəşfiyyatı “Mossad”a İranın nüvə proqramı ilə bağlı məxfi məlumat verib. Bu, ölkədə iki nüvə aliminin öldürülməsinə səbəb olub. Həmin alimlərdən biri 2020-ci ilin noyabrında öldürülən nüvə fiziki Möhsün Fəxrizadədir.
Ailəsi ilə İsveçdə yaşayan Əhməd Rza Cəlali 2016-cı ildə mayında Tehran Universitetinin dəvəti ilə İrana gəlib və bu zaman saxlanılıb. O, İsrailin xeyrinə casusluq ittihamı ilə həbs edilib, 2017-ci ildə barəsində edam hökmü çıxarılıb.