Gerasimovun Ukraynada yaralandığı deyilir

Gerasimovun Ukraynada yaralandığı deyilir
2 May 2022
Mətni dəyiş

Rusiya Federasiyası Silahlı Qüvvələrinin baş qərargah rəisi, ordu generalı Valeri Gerasimovun Ukrayna ərazisində yaralandığı deyilir. 

Bu barədə hərbi jurnalist Aleksandr Şulman bildirib. Onun sözlərinə görə, general Xarkov vilayətinin İzyum şəhəri yaxınlığında yaralanıb. 66 yaşlı Gerasimov sağ ayağından sümük sınığı olmayan qəlpə yarası alıb. Onun həyatı üçün təhlükə yoxdur. Ordu generalı Gerasimov və digər zabitlər Ukrayna Silahlı Qüvvələrinin dəqiq zərbə endirdiyi komanda məntəqəsində olublar. İlkin məlumata görə, hücum zamanı 20 zabit həlak olub. Hələlik Rusiya tərəfi məsələ ilə bağlı rəsmi açıqlama yaymayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun