Fransanın Baş naziri dəyişib

Fransanın Baş naziri dəyişib
17 May 2022
Mətni dəyiş

Mayın 16-sı Fransanın Baş naziri Jan Kasteks tutduğu postdan istefa verib. Nazirin istefa ərizəsini prezident Emmanuel Makron qəbul edib. 

Bu barədə məlumatı Yelisey Sarayı yayıb. Məlumata görə, onun əvəzində yeni Baş nazir olaraq Elizabet Born təyin olunub: "Respublika Prezidenti Emmanuel Makron Elizabet Bornu baş nazir təyin edib və ona yeni hökuməti qurmağı tapşırıb”, - deyə qeyd olunub. Elizabet Born 30 ildən sonra ikinci qadın Baş nazirdir. 30 il əvvəl bu postda ilk qadın Baş nazir Edit Kresson olub. Born 2019-cu ildən 2020-ci ilə qədər Fransanın kompeks ekoloji dəyişikliklər naziri vəzifəsində çalışıb, 2020-ci ildən isə əmək, məşğulluq və inteqrasiya naziri vəzifəsində çalışıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun