Ermənistan Azərbaycanla dəmir yolunun bərpasına dair sənədlərin imzalanacağına ümid edir

Ermənistan Azərbaycanla dəmir yolunun bərpasına dair sənədlərin imzalanacağına ümid edir
18 May 2022
Mətni dəyiş

Ermənistan hökuməti Azərbaycan və İrana dəmir yollarının işinin bərpası ilə bağlı aparılan danışıqların nəticəsi olaraq yaxın vaxtlarda Bakı və Tehranla gömrük və sərhəd nəzarəti sənədlərinin imzalanmasına ümid edir.

Hökumətin fevralın 17-də keçirilən iclasında icraedici oqranın Şimal-Cənub layihəsini yenidən formalaşdırmaqla, Şimal-Cənub/Şərq-Qərb və ya Ermənistan kəsişməsinə çevirdiyi açıqlanıb. Ermənistanın baş naziri Nikol Paşinyan layihənin sürətlə həyata keçiriləcəyinə ümid etdiyini bildirib. O, həmçinin qeyd edib ki, yaxın vaxtlarda Yerasx-Culfa-Meğri-Horadiz dəmir yolunun fəaliyyətinin bərpası ilə bağlı sənədin imzalanması gözlənilir.

“Azatutyun” radiosunun sözügedən sənədlə bağlı sorğusuna cavab olaraq, baş nazirin müavini Mher Qriqoryanın ofisi bu gün bəzi təfərrüatları açıqlayıb:

“Regional əhəmiyyət kəsb edən infrastrukturdan söhbət gedəndə, aydındır ki, sonrakı əməliyyatlar nəzərə alınaraq, qonşu dövlətlərlə münasibətlər tənzimlənməlidir. İndiki halda bu, İran İslam Respublikası və Azərbaycan Respublikasıdır. Müvafiq olaraq, gömrük və sərhəd nəzarəti ilə bağlı hazırda tərəflər arasında həll olunmayan bütün məsələlər həll edilməlidir. Təbii ki, tikinti işləri ilə paralel olaraq, infrastrukturdan tam istifadə etmək üçün planlar və iş qrafikləri tənzimlənməlidir. Hazırda heç bir sənəd imzalanmayıb, lakin ümid edirik ki, yaxın vaxtlarda belə bir sənəd razılaşdırılaraq imzalanacaq”.

Ermənistanın baş nazirinin müavininin ofisi də Ermənistan-Azərbaycan dəmir yolu və avtomobil əlaqəsinin bərpası üçün Ermənistan tərəfində hansı işlərin görüldüyünü ətraflı izah edib.

“Baş nazirin 14 yanvar 2022-ci il tarixli qərarı ilə Yerasxdan Azərbaycan Respublikasına və Meğriyə dəmir yolunun bərpası proqramının səmərəli həyata keçirilməsi üçün Baş nazirin müşaviri Artaşes Tumanyanın rəhbərlik etdiyi işçi qrup yaradılıb. Sözügedən işçi qrupun təklifi əsasında “Ermənistan Milli Memarlıq və İnşaat Mühəndisliyi Universiteti” fondu qeyd olunan dəmir yolu infrastrukturunun erməni bölmələrinin geodeziya mühəndisliyi və instrumental tədqiqatlarını həyata keçirmişdir. Hazırda Fondun laboratoriya işləri yekunlaşıb, müvafiq hesabatlar hazırlanaraq işçi qrupuna və Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinə təqdim edilib”, - deyə cavabda bildirilir.

Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinləri Mher Qriqoryan, Aleksey Overçuk və Şahin Mustafayevdən ibarət regional kommunikasiyaların bərpası üçün yaradılmış üçtərəfli komissiyanın ilk iclası ötən ilin yanvarında Moskvada baş tutub.

Ermənistan hökuməti ötən il yarım ərzində görülən işlərə yekun vurub. “Baş nazirin müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrupu çərçivəsində regionda MDB-nin normativ-hüquqi bazası, habelə Ermənistan Respublikasının qoşulduğu və ya tərəfi olduğu digər çoxtərəfli beynəlxalq müqavilə və konvensiyaların normativ hüquqi aktları çərçivəsində beynəlxalq daşımalar, sərhəd, gömrük və digər nəzarət növləri məsələlərin nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması kontekstində texniki səviyyədə texniki və infrastruktur imkanlarını öyrənən iki alt qrup yaradılıb. Eyni kontekstdə regionun digər ölkələrinin nəqliyyat infrastrukturu ilə mümkün əlaqələrin iqtisadi və logistik təsirləri qiymətləndirilib”, - Mher Qriqoryanın ofisi qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun