Dünyada qaçqınların sayı 100 milyonu keçib

Dünyada qaçqınların sayı 100 milyonu keçib
23 May 2022
Mətni dəyiş

Dünyada zorla qaçqın edilən insanların sayı 100 milyonu keçib. Bu barədə məlumatı Birləşmiş Millətlər Təşkilatı (BMT) yayıb.  Bildirilib ki, qaçqınların sürətlə artmasının əsas səbəbi Rusiyanın Ukraynaya təcavüzüdür. Efiopiya, Burkina Faso, Myanma, Nigeriya, Əfqanıstan və Konqo Demokratik Respublikasındakı zorakı idarəçilikdən sonra qaçqın düşənlərin sayı 2021-ci ilin sonunda 90 milyona yaxınlaşıb. Rusiyanın Ukraynaya təcavüzündən sonra 8 milyon Ukrayna vətəndaşı ölkə içində yer dəyişmək məcburiyyətində qalıb, 6 milyon insan isə başqa ölkələrə üz tutub. Qaçqın düşənlər dünya əhalisinin 1 faizdən biraz artığını təşkil edir. BMT bildirib ki, humanitar razılaşmalar və dəstəklər bu istiqamətdə problemi həll etmək iqtidarında deyil, problemin həlli üçün sabit və dayanıqlı sülh olmalıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun