Dövlət Departamenti Rusiyada internetin kəsilməsinə qarşı çıxıb

Dövlət Departamenti Rusiyada internetin kəsilməsinə qarşı çıxıb
26 May 2022
Mətni dəyiş
ABŞ hesab edir ki, Rusiyanın internetə çıxışı saxlanılmalıdır ki, ölkə sakinləri müstəqil məlumat ala bilsinlər. Bunu mayın 25-də keçirdiyi brifinqdə Dövlət Departamentinin sözçüsü Ned Prays deyib. "Biz dünyadakı bütün vasitəçiləri Rusiyanı internetdən ayırmamağa çağırdıq ki, ölkəyə informasiya axını davam etsin, internet isə Rusiyanın özündə azad və açıq qalsın". Prays onu da qeyd edib ki, ABŞ müharibə başlayandan bəri Rusiyada işləri çətinləşən jurnalistləri dəstəkləyəcək. "YouTube"-un baş direktoru Suzan Vociski mayın 24-də bildirib ki, xidmət Rusiyanı tərk etmək niyyətində deyil və məqsədlərindən biri də Ukraynadakı müharibə fonunda ruslara müstəqil xəbərlər əldə etmək imkanı verməkdir. Fevralın əvvəlində, hətta müharibədən əvvəl Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev İnternetə "nəzarət üçün əsas hüquqların" ABŞ-da olduğunu bəyan edib və Vaşinqtonun Rusiyada "İnterneti söndürməyə" gedə biləcəyini iddia edib. Medvedevin sözlərinə görə, Rusiya məhz bunun qarşısını almaq üçün “suveren Runet” haqqında qanun qəbul edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun