CNN: "Putin mayın 9-da Ukraynaya müharibə elan etməyi planlaşdırır"

CNN: "Putin mayın 9-da Ukraynaya müharibə elan etməyi planlaşdırır"
3 May 2022
Mətni dəyiş
Rusiya prezidenti Vladimir Putin mayın 9-da Ukraynaya rəsmən müharibə elan edə bilər və bu, ona Rusiyada ümumi səfərbərlik keçirməyə və ehtiyatlardan istifadə etməyə imkan verə bilər. Bu barədə CNN Qərb rəsmilərinin bəyanatlarına istinadən xəbər verib. Telekanal digərləri arasında Böyük Britaniyanın müdafiə naziri Ben Uollesdən sitat gətirir. Bir neçə gün əvvəl LBC Radiosuna müsahibəsində o, Putinin Ukraynadakı hərbi əməliyyatları “xüsusi əməliyyat” adlandırmaqdan uzaqlaşa və ümumi səfərbərlik elan edə biləcəyini iddia edib. “Bu barədə dəqiq məlumatım olmasa da, o, (Putin) bu may günündə “biz indi dünyanın hər yerindən nasistlərlə döyüşürük və ruslar arasında kütləvi səfərbərlik həyata keçirməliyik” deyə elan etsə təəccüblənməyəcəyəm”, rəsmi bildirib. Rəsmi müharibə elanı Putinə Ukraynadakı itkilər qarşısında Qərbin Rusiya qoşunlarının ehtiyac duyduğuna inandığı ehtiyat qüvvəni səfərbər etməyə imkan verəcək. Qərb və Ukrayna rəsmilərinin hesablamalarına görə, işğal başlayandan bəri Rusiya ən azı 10 min əsgərini itirib. Rusiya Federasiyasının Müdafiə Nazirliyi sonuncu dəfə - martın 25-də 1351 əsgərin öldüyünü açıqlamışdı. Səfərbərlik haqqında qanuna əsasən, Rusiya prezidenti “Rusiya Federasiyasına qarşı aqressiya və ya birbaşa təcavüz təhdidi, Rusiyaya qarşı yönəlmiş silahlı münaqişələrin başlanması hallarında” ümumi və ya qismən səfərbərlik elan edə bilər. Bundan əlavə, mayın 9-da müharibə elanı rusiyalılar arasında Ukraynaya müdaxiləyə dəstəyi gücləndirə bilər, CNN-in məqaləsində qeyd edilir. Yazıda günün “Propoqanda dəyərinə” diqqət çəkilib. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib ki, “rusların mayın 9-dan təbliğat üçün istifadə etmək məqsədilə mümkün olan hər şeyi edəcəklərinə inanmaq üçün ciddi əsaslar var”. Bundan əvvəl Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Rusiyanın kütləvi səfərbərliyə hazırlaşdığını bildirmişdi. Onun sözlərinə görə, rusiyalı məmurlar nə qədər insanı səfərbərliyə cəlb edəcəklərini hesablamağa başlayıblar. "Bu, real səfərbərliyə başlamazdan əvvəl mütləq zəruri addımdır", - qurumun rəhbəri izah edib. CNN həmçinin Rusiyanın mayın 9-dan Ukraynanın şərqini ilhaq etmək üçün istifadə edə biləcəyini də bildirir. Bunu daha əvvəl ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi Maykl Karpenter söyləyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun