Çeçenistanda polis siyasi fəalı öldürüb, həyat yoldaşını isə oğurlayıb

Çeçenistanda polis siyasi fəalı öldürüb, həyat yoldaşını isə oğurlayıb
31 May 2022
Mətni dəyiş
Çeçenistanın təhlükəsizlik qüvvələri tənqidçi, siyasi fəal Müslüm Bisultanovu həyat yoldaşının gözü önündə güllələyib, qadını isə qaçırıb. Bu barədə Çeçenistanın “1ADAT”adlı ictimai hərəkatı məlumat yayıb. “1ADAT”ın telegram kanalında yayılan məlumata əsasən, mayın 24-də üç çeçen polis Bisultanovu Znamenskoye kəndindəki evindən qaçırmağa çalışıb. Bisultanov həyat yoldaşını polislərdən qorumaq istəyərkən güllələnib. Qadın isə oğurlanaraq Nadtereçnı rayon polis bölməsinə aparılıb. Hazırda onun vəziyyəti barədə heç bir məlumat yoxdur. “1ADAT” hərəkatından OC Mediaya bildirilib ki, Bisulatov hakimiyyətə qarşı fikirlərini gizlətməyib: "O, daha əvvəl bir neçə dəfə qaçırılıb. Bu dəfə də onu yenidən qaçırmaq istəyiblər", o bildirib. Çeçenistanda baş verənlər haqda məlumatlar paylaşan digər teleqram kanalı “ASTRA” isə Bisultanovun oğurlanması ilə bağlı xüsusi tapşırığın verilməsi barədə məlumat yayıb. Bu hadisəyə qarışanlar arasında baş leytenant Rəsul Kusiev, leytenant Adəm Mudayev və mayor Həsən Musayev var. İctimai fəalı öldürən isə mayor Musayev olub. Müslüm Bisultanovun qohumu Məhəmməd İslamov federal axtarışa verilib. Rəsmi məlumatlara görə, o, sərhədi keçməyə çalışarkən tapılıb. Atəşə tutulan Məhəmməd hazırda xəstəxana müalicə olunur. Bisultanovun yaxın dostu İlyas Elmaurzayev atəş səsini eşidəndə dostuna zəng edib. Daha sonra İlyas və əmisi oğlu İslam fedaral  axtarışa verilib. İlyas Çeçenistanı tərk edə bilib, İslam isə könüllü olaraq polisə təslim olub. Onun Nadtereçnı rayonunun polis bölməsində saxlanılaraq işgəncələrə məruz qaldığı iddia edilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun