Çavuşoğluyla isveçli həmkarı arasında gərginlik yaşandığı iddia olunur

Çavuşoğluyla isveçli həmkarı arasında gərginlik yaşandığı iddia olunur
19 May 2022
Mətni dəyiş

Almaniyanın paytaxtı Berlində baş tutan NATO Xarici İşlər Nazirlərinin görüşündə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə isveçli həmkarı Anna Linde arasında gərginlik yaşandığı deyilir.  Bu məlumatı "Reuters" Agentliyi NATO-dakı qaynaqlarına istinadən yazıb. Qeyd olunub ki, Çavuşoğlu İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı şərtlər irəli sürüb, gərginlik bundan sonra yaşanıb. Belə ki, Türkiyənin XİN başçısı isveçli həmkarına səsini qaldırıb və deyib ki, sizin feminist siyasətiniz məni narahat edir. Qeyd olunub ki, iclas bu formada gərgin şəkildə keçib və iştirakçılar hər iki ölkənin XİN başçılarının dialoquna müdaxilə etməyiblər. Bu günlərdə Türkiyə rəhbərliyi açıqlama yayaraq bildirib ki, onlar İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə isti baxmırlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun