BMT: Müharibə başlayandan bəri 5,5 milyondan çox ukraynalı ölkəni tərk edib

BMT: Müharibə başlayandan bəri 5,5 milyondan çox ukraynalı ölkəni tərk edib
2 May 2022
Mətni dəyiş
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının rəqəmlərinə görə, Rusiyanın işğalı başlayandan bəri 5,5 milyondan çox insan Ukraynanı tərk edib. Daha 7,7 milyon insan evlərini tərk edib, lakin Ukrayna ərazisindədir. Ukraynalıların getdiyi ölkələr bunlardır: Polşa - 3 milyon nəfər Rumıniya - 825 min nəfər Rusiya - 681 min nəfər Macarıstan - 530 min nəfər Moldova - 447 min nəfər Slovakiya - 379 min nəfər Belarusiya - 25 min nəfər Bununla belə, bəzi ukraynalılar vətənlərinə qayıdırlar. Polşa sərhəd xidməti aprelin 30-da Polşadan Ukraynaya gedənlərin sayının gələnlərin sayından 3 min (23,5 minə qarşı 26,8 min) çox olduğunu bildirib. Ümumilikdə müharibə başlayandan bəri Polşadan Ukraynaya bir milyona yaxın insan qayıdıb. Ukrayna sərhədçilərinin bildirdiyinə görə, aprelin 30-da Ukraynaya daxil olan insan axını işğal başlayandan bəri ən yüksək göstərici olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun