'Rusiya Maliyyə Nazirliyi 1994-cü ildən bəri ən sərt iqtisadi tənəzzülü proqnozlaşdırır'

'Rusiya Maliyyə Nazirliyi 1994-cü ildən bəri ən sərt iqtisadi tənəzzülü proqnozlaşdırır'
10 May 2022
Mətni dəyiş
Rusiya Maliyyə Nazirliyi 2022-ci ildə ölkənin ÜDM-nin 12 faiz azalacağını gözləyir. Bu, 1994-cü ildən bəri ən pis göstərici olacaq. Bu barədə Maliyyə Nazirliyinin daxili proqnozu ilə tanış olan Bloombergməlumat verib. Agentliyin mənbəsinin sözlərinə görə, proqnoz özünü doğrultsa, bu, Rusiya iqtisadiyyatının təxminən son on ildəki artımını tamamilə məhv edəcək. Rusiya Federasiyasının Maliyyə Nazirliyi 'Bloomberg'-in 2022-ci ildə Rusiyanın ÜDM-nin aşağı düşməsinə dair qurumun proqnozları ilə bağlı məlumatını təkzib edib. Qurum qeyd edib ki, nazirliyin səlahiyyətlərinə “rəsmi makroiqtisadi proqnozların hazırlanması daxil deyil”. Mərkəzi Bank 2022-ci ildə Rusiyanın ÜDM-nin 8-10 faiz azalacağını gözləyir. İqtisadiyyat Nazirliyi ÜDM-in əsas halda 8,8 faiz, konservativ ssenaridə isə 12,4 faiz azalacağını proqnozlaşdırır. Dünya Bankı hesab edir ki, Rusiya iqtisadiyyatı 2022-ci ildə 11 faiz geriləyəcək. 'S&P Global Market Intelligence| analitiklərinin fikrincə, Ukraynaya işğalı ilə bağlı tətbiq edilən sanksiyalar fonunda Rusiya iqtisadiyyatının 2021-ci il səviyyəsinə qayıtması 10 il çəkəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun