'Bloomberg': Brüssel Alina Kabayevaya qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır

'Bloomberg': Brüssel Alina Kabayevaya qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır
6 May 2022
Mətni dəyiş
Aİ rəsmiləri 'Milli Media Qrupu'nun direktorlar şurasının sədri Alina Kabayevaya qarşı sanksiyalar tətbiq etməyi təklif ediblər, ˝Bloomberg˝ Aİ-nin sanksiya siyahısı layihəsinə və bir neçə mənbəyə istinadən yazır. Layihədə deyilir ki, 'Milli Media Qrupu' Rusiya KİV-lərində dövlət təbliğatını yayan səhmlərə malikdir və buna görə də Ukraynanın müstəqilliyinə və ərazi bütövlüyünə xələl gətirən hərəkətləri dəstəkləməyə cavabdehdir. Sənəddə deyilir ki, Kabayeva '[Rusiya] prezidenti Vladimir Putinlə sıx bağlıdır'. Yeni sanksiyalar siyahısı Aİ-yə üzv olan bütün dövlətlərin nümayəndələri tərəfindən təsdiqlənməlidir. Mayın 7-də Avropa ölkələrinin səfirləri bununla bağlı görüş keçirəcək. 'Bloomberg' qeyd edir ki, sanksiyalar siyahısının son variantı hələ də dəyişə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun