Belarus parlamenti terror aktına cəhdə görə ölüm cəzası haqda qanun qəbul edib

Belarus parlamenti terror aktına cəhdə görə ölüm cəzası haqda qanun qəbul edib
4 May 2022
Mətni dəyiş
Belarus senatorları respublikanın cinayət məcəlləsinə terror aktlarına cəhdə görə ölüm cəzasının tətbiqinin mümkünlüyünü nəzərdə tutan düzəlişləri təsdiqləyiblər. Bu barədə Belarusun “Belta” agentliyi məlumat yayıb. Respublika Şurasının qanunvericilik və dövlət quruculuğu daimi komissiyasının sədri Sergey Sivesin sözlərinə görə, qanun layihəsində cinayətə hazırlıq və insanların ölümü ilə əlaqəli olanlar istisna olmaqla cəhd zamanı müstəsna cəza tədbirinin tətbiq edilməyəcəyi nəzərdə tutulur. Bundan əvvəl bu qanun layihəsi Belarus parlamentinin aşağı palatasında iki oxunuşda qəbul edilib. Parlamentin mətbuat xidmətindən bildiriblər ki, qanunun məqsədləri “dağıdıcı elementlərə qarşı çəkindirici təsir göstərməklə yanaşı, dövlətin terror fəaliyyətinə qarşı qətiyyətli mübarizəsini nümayiş etdirməkdir”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun