“Azovstal”ın müdafiəçiləri Donetsk yaxınlığındakı keçmiş koloniyaya aparılıb

“Azovstal”ın müdafiəçiləri Donetsk yaxınlığındakı keçmiş koloniyaya aparılıb
18 May 2022
Mətni dəyiş
Mariupoldakı “Azovstal” zavodunun ərazisini tərk edən ukraynalı hərbçilər Donetsk yaxınlığındakı Yelenovka kəndində Rusiya və özünü müstəqil elan etmiş DXR hərbçilərinin nəzarətində olan keçmiş cəzaçəkmə müəssisəsinə aparılıb. Bu barədə Reuters hadisə şahidlərinə istinadən məlumat yayıb. [embed]https://twitter.com/Reuters/status/1526628685847187457?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1526628685847187457%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=[/embed]   “Azovstal” zavodu işğal altında olan Mariupolda ukraynalı hərbçilərin sığındığı sonuncu yer olub. Onların yanında bir neçə yüz dinc sakinin olduğu bildirilir. Onların ən azı bir qismi mayın əvvəlində təxliyə edilib. Mayın 16-da axşam 260-dan çox hərbçi "Azovstal" ərazisini tərk edib. Ertəsi gün hərbçilərin olduğu daha yeddi avtobus fabrikdən çıxıb. Rusiya Federasiyasının Müdafiə Nazirliyi Ukrayna hərbçilərinin təslim olduğunu bildirib. Qurumun məlumatına görə, ümumilikdə 959 hərbçi zavoddan çıxarılıb, onlardan 51 yaralı DXR-in Novoazovsk xəstəxanasına aparılıb. Ukrayna hakimiyyəti mübadilə çərçivəsində "Azovstal"ın müdafiəçilərini geri qaytarmağa söz verib. Rusiya Federasiyasının İstintaq Komitəsi bəyan edib ki, “Onlar Mariupoldakı “Azovstal” zavodunda gizlənən təslim olmuş yaraqlıları dindirəcəklər”. Öz növbəsində, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Azov döyüşçülərinin mübadiləsinə qadağa qoyulmasını təklif edərək, onların “nasist cinayətkarları” olduğunu və mühakimə edilməli olduğunu bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun