"Azovstal"da mayın 5-dən 7-dək atəşkəs rejiminin yaradılması barədə razılığa gəlinib

"Azovstal"da mayın 5-dən 7-dək atəşkəs rejiminin yaradılması barədə razılığa gəlinib
5 May 2022
Mətni dəyiş

Ukrayna və Rusiya "Azovstal" ərazisində mayın 5-dən 7-dək atəşkəs rejiminin yaradılması barədə razılığa gəliblər.

Bu barədə Ukrayna Baş nazirinin müavini - müvəqqəti işğal olunmuş Ukrayna ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşuk deyib.

O qeyd edib ki, bu müddətdə mülki əhali döyüş bölgəsindən çıxarılacaq. Yaralı əsgərlərin çıxarılması ilə bağlı məsələ isə hələlik aydınlaşmayıb.

Bundan əvvəl isə döyüş bölgələrində humanitar dəhlizlər açılıb. Bir neçə dəfə uşaqlar, qadınlar və yaşlı kişilər döyüş bölgələrindən uzaqlaşdırılıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun