Avstriyanın keçmiş xarici işlər naziri “Rosneft”dəki vəzifəsindən istefa verib

Avstriyanın keçmiş xarici işlər naziri “Rosneft”dəki vəzifəsindən istefa verib
23 May 2022
Mətni dəyiş
Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl “Rosneft”in direktorlar şurasının üzvü vəzifəsindən istefa verib. Qeyd edildiyi kimi, bəyanat mayın 20-dən qüvvəyə minib. “Bu müraciətlə əlaqədar şirkət Karin Knaysla son on ay ərzində çətin pandemiya və beynəlxalq vəziyyətlə səciyyələnən birgə əməkdaşlığına görə təşəkkür edir. Gələcəkdə "Rosneft" beynəlxalq ekspert birliyinin mühim nümayəndəsi kimi xanım Knaysl ilə işləməyi səbirsizliklə gözləyir”, - "Rosneft"-in saytındakı bəyanatda deyilir. Mayın 20-də “Rosneft”in direktorlar şurasının sədri, Almaniyanın keçmiş kansleri Gerhard Şröder, eləcə də “Şimal axını 2” qaz boru kəmərinin operatoru “Nord Stream AG” şirkətinin idarəedici direktoru Mattias Uorniqin istefaya getdiyi məlum olub. Karin Knaysl 2017-ci ilin dekabrından 2019-cu ilin iyununa qədər Avstriyanın xarici işlər naziri vəzifəsində çalışıb. 2018-ci ildə Rusiya prezidenti Vladimir Putin Knayslın dəvəti ilə şəxsən onun toyunda iştirak edib və burada gəlinlə rəqs edib. 2021-ci ilin martında onun namizədliyi "Rosneft"-in direktorlar şurası tərəfindən təsdiqlənib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun